00:00:00
Yazar
Nərmin Həşimova
14.05.2026 20:54 24 1 dəq oxuma
Media

“Analitik və diskussiya xarakterli televiziya proqramları” mövzusunda açıq dərs keçirilib

“Analitik və diskussiya xarakterli televiziya proqramları” mövzusunda açıq dərs keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində tələbələrinin nəzəri biliklərini təcrübə nümunələri ilə zənginləşdirilməsi məqsədilə növbəti açıq dərs keçirilib.


Fakültənin JK-038R tədris qrupunda baş tutan dərs "Analitik və diskussiya xarakterli televiziya proqramları” mövzusuna həsr olunub. Jurnalistika fakültəsinin müəllimi, dosent Sevinc Məmmədovanın təqdimatında keçirilən dərsdə müasir medianın ən aktual istiqamətlərindən olan analitik jurnalistikanın spesifik xüsusiyyətləri təhlil edilib.

Həmçinin açıq dərsdə fakültə rəhbərliyi və professor-müəllim heyəti də iştirak edib. İştirakçılar arasında kafedra müdiri, professor Qulu Məhərrəmli, professor Sevil Həsənova və fakültənin digər aparıcı üzvləri iştirak edib. Mühazirə zamanı Sevinc Məmmədova televiziya məkanında analitik proqramların quruluşu, mövzu seçimi və ekspertlərlə iş prinsipləri barədə ətraflı məlumat verib. Bildirilib ki, müasir tamaşaçı artıq sadə informasiya ilə kifayətlənmir, hadisələrin pərdəarxası məqamlarını və peşəkar təhlili görmək istəyir. Görüş olduqca interaktiv keçib və tələbələr yerli eləcə də xarici telekanallardakı analitik verilişləri müqayisə edərək öz mülahizələrini bölüşüblər. 

Sonda çıxış edən professor və müəllim heyəti dərsin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıblar. Qeyd olunub ki, belə açıq dərslər tələbələrin peşəkar vərdişlərə yiyələnməsinə, onlarda tənqidi təfəkkürün inkişafına birbaşa töhfə verir.

#açıq dərs #keçirilib #məqsəd #BDU
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər