00:00:00
Yazar
Admin User
18.08.2025 15:18 79 1 dəq oxuma
Yoxdur

Anatoli Banişevskinin ailə üzvləri "Neftçi"nin qonağı olub

Anatoli Banişevskinin ailə üzvləri "Neftçi"nin qonağı olub

Əfsanəvi futbolçu Anatoli Banişevskinin ailə üzvləri – həyat yoldaşı İnna Banişevskaya, qızı Milena Həsənova, nəvəsi Eldar Həsənov və veteran hakim Rüstəm Rəhimov “Palms Sports” Futbol Mərkəzində "Neftçi"nin olublar.


"İnformator.az"  xəbər verir ki, qonaqları “Neftçi”nin baş icraçı direktoru Cenk Sümer qəbul edib.

 

Klub rəhbəri mərhum futbolçunun ailəsinə üzərində Anatoli Banişevskinin soyadı və “9” rəqəmi olan xatirə forması hədiyyə edib. Görüşdə gələn il fevralın 23-də 80 illik yubileyi olacaq Anatoli Banişevskinin xatirəsinə həsr olunacaq, paytaxt təmsilçisi tərəfindən planlaşdırılan tədbirlərlə bağlı ailəsinə məlumat verilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər