00:00:00
Yazar
Admin User
18.05.2023 11:06 305 1 dəq oxuma
Sosial

Ancelina Colidən qaçqın və imkansız qruplara dəstək

Ancelina Colidən qaçqın və imkansız qruplara dəstək

ABŞ aktrisası Ancelina Coli qaçqınlara və imkansız qruplara dəstəyi daha davamlı etmək üçün yeni moda təşəbbüsü başlatdığını açıqlayıb.

 

İnformator.az xarici mediaya istinadən xəbər verir ki, sosial media hesabından paylaşım edən Coli iştirakçıların ustaları, modelistləri və sahibkarlarının "Atelier Jolie" adını verdiyi marka ilə öz istehsallarını edəcəklərini açıqlayıb.

 

Layihə çərçivəsində istifadə olunmayan materiallardan yararlanılacağına diqqət çəkən Coli öz qabiliyyətləri istiqamətində qaçqın və imkansız qruplardan ibarət böyük bir komandanı bir araya gətirəcəklərini və bu qruplara dəstəyi davamlı hala gətirməyi hədəflədiklərini vurğulayıb.

 

Layihənin "mədəni irsin zənginliklərini paylaşmağa kömək etmək və moda təşəbbüslərinin inkişafına dəstək olmaq" niyyətində olduğunu ifadə edən Coli müştərilərin köhnə paltarlarını təmir etmək və ya dəyişdirmək imkanına da sahib olacaqlarıını bildirib.

 

 

Qeyd edək ki, 2001-ci ildə BMT çərçivəsində humanitar yardım fəaliyyətlərinə başlayan Ancelina Coli 2012-ci ildə BMT-nin xoşməramlı səfiri vəzifəsinə təyin edilib. Aktrisa 2022-ci ilin dekabrında BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xoşməramlı səfiri vəzifəsindən istefa verəcəyini, qaçqınlar və yerli təşkilatlarla birbaşa əlaqələr quraraq “fərqli işləməyin” vaxtının gəldiyini hiss etdiyini deyib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər