Ankarada su qıtlığı səbəbindən su ehtiyacı yaxınlıqdakı fəvvarələrdən ödənilir
Paytaxtda növbəli su kəsilməsi ilə əlaqədar bəzi məhəllələrdə sakinlər içməli suyu kranlardan alırlar.
Pursaklar mahalının Saray, Cümhuriyyət və Fatih məhəllələrində bir həftədir planlaşdırılmış su kəsilməsi baş verir. Kəsiklər səbəbindən içməli su problemi yaşayan bu məhəllələrin sakinləri su ehtiyaclarını yaxınlıqdakı fəvvarələrdən qarşılayırlar. Hətta bəzi vətəndaşlar suları rayon ərazisindəki marketlərdən də alırlar. Fatih məhəlləsinin sakini Adem Terzioğlu bir həftədir fasilələrlə su kəsilməsi yaşadıqlarını və gündəlik həyatlarının bu kəsintilərdən mənfi təsirləndiyini bildirib. Gigiyena ilə bağlı narahatlıqlarını dilə gətirən Terzioğlu, "Yemək bişirmək, qab-qacaq yumaq, lavabolarımız, vanna otağımız, bunlar ən vacib gigiyena məsələləridir. Biz bazardan su alırıq, krandan doldurur, evə su gətirməyə çalışırıq. Müəyyən saatlarda su versəydilər, insanlar əziyyət çəkməzdi" deyib.
TRT haber
Selcan Xudiyeva
