00:00:00
Yazar
Admin User
22.02.2016 07:34 506 1 dəq oxuma
Dünya

Ankaradakı terror hadisəsi ilə bağlı 14 nəfər həbs edilib

Ankarada baş vermiş terror hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə 14 nəfər həbs edilib.
Ankaradakı terror hadisəsi ilə bağlı 14 nəfər həbs edilib

Ankarada baş vermiş terror hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə 14 nəfər həbs edilib.

İnformator.az Türkiyənin \"Anadolu\" agentliyinə istnadən məlumat verir ki, terror hadisəsində iştirakda şübhəli bilinən ümumilikdə 21 nəfər saxlanılmış, onlardan 7 nəfəri yetərincə sübut olmadığı üçün sərbəst buraxılımışdır.

Qeyd edək ki, fevralın 17-də yerli vaxtla saat 18:30-da paytaxt Ankarada güclü partlayış baş verib. Partlayış Türkiyə Böyük Millət Məclisindən 500 metr məsafədə, Türkiyənin Baş Qərargahı, hərbçilər üçün yataqxana və parlament binasının yaxınlığında baş verib. Partlayışın səbəbi minalanmış avtomobil olub. Türkiyə Baş Qərargahı partlayışı terror aktı adlandırıb.

Partlayış nəticəsində 28 nəfər həlak olub, 61 nəfər yaralanıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər