00:00:00
Yazar
Admin User
14.08.2023 12:50 253 2 dəq oxuma
Sosial

ANOMAL HAVALARIN İŞIQSIZLIQ PROBLEMİ

ANOMAL HAVALARIN İŞIQSIZLIQ PROBLEMİ

Avqust başlayandan havanın temperatoru 40 dərəcədən enmir. Belə bir istidə saatlarla elektirik enerjisinə həsrət qalmaq isə sözün əsl mənasında dəhşətdir. Bu dəhşətlə üzləşənləri sayı durmadan artır.

Uzun müddətdir elektrik enerjisini 90-cı illərdə olduğu kimi fasilələrlə alanların şikayəti baş alıb gedir. Kimi deyir ki, soyuducu işləmədiyindən ərzağı zibilə atıram, kimi deyir kondisioner işləmədiyindən evdə çimərlik paltarı ilə gəzirəm, kimi isə deyir ki, gecə maşında kondisioner qoşub yatıram.

Problemdemək olar ki, Bakıətrafı ərazilərin əksəriyyətində yaşanır. İnsanlar elektrik enerjisinin çatışmazlığından əziyyət çəkirlər. Məsələdən Azərişıq Açıq Səhmdar Cəmiyyəti də xəbərdardır. Qurum problemin səbəbini qeyd olunan yaşayış massivlərində elektrik xəttlərinin həddindən çox yüklənməsi ilə əlaqələndirir. “AZƏRİŞIQ” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadənin sözlərinə görə, hava şəraitinin isti keçməsi ilə əlaqədar olaraq bəzi lokal yaşayış məntəqələrində elektirik enerjisində fasilələr müşahidə olunur. Bunun da başlıca səbəbi plansız və şəhərsalma prinsiplərinə uyğun olmayan yeni yaşayış massivlərinin salınmasıdır. “Həmin massivlər güc mərkəzlərindən bir qədər kənarda yerləşdiyi üçün müəyyən mənada həm özlərinin elektirik enerji təchizatını, həm də digər istehlakçıların elektirik enerji təchizatında müəyyən problemlər yaradırlar”.

Başqa sözlə desək, əgər yaşayış məntəqəsində iki min abonent varsa, elektrik təsərrüfatı da həmin saya uyğun qurulur. “Amma durmadan artan əhali sayı həmin infrasturuktura uyğunlaşmır, bu da enerji xəttlərində ciddi yüklənmələrlə nəticələnir. Avqustun 10-da respublika üzrə elektirik enerjisinin istehlakında ən yüksək göstərici qeydə alınıb. Respublika üzrə 79.8 milyon kilovatt saat elektirik enerjisi istehlak edilib”.

Qurum mövcud problemin növbəti il baş verməməsi üçün hazırda elektrik enerjisi ilə tam təmin olunmayan yaşayış yerlərində komplekt transformator məntəqələrinin sayını artıracaq. Mövcud şəraitdə isə, “AZƏRİŞIQ” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru sakinləri elektrik avadanlıqlarından fasilələrlə istifadə etməyə çağırır. Elektrik enerjisinin verilişində məhdudiyyət yarandığı halda isə dərhal qurumun 199-çağrı mərkəzi ilə əlaqə saxlayıb məlumat vermələri xahiş olunur.

GÜNDÜZ

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər