00:00:00
Yazar
Admin User
10.07.2023 11:59 265 1 dəq oxuma
Sosial

Antalyada robot eşitmə əngəlli şəxsi xilas etdi

Antalyada robot eşitmə əngəlli şəxsi xilas etdi

Antalyada çimərlikdən sahilə dönməkdə çətinlik çəkən eşitmə əngəlli şəxsi robot xilas edilib.

 

İnformator.az xarici KİV-ə istinadən xəbər verir ki, Konyaaltı çimərliyində can qurtaran Osman Furkan Çətin sahildən təxminən 100 metr aralıda əl hərəkəti ilə kömək istəyən bir adam olduğunu anlayıb.

 

Çətin külək səbəbindən sahilə dönməkdə çətinlik çəkən şəxsi xilas etmək üçün "Sürətli" adlı pilotsuz xilasedici robotu suya endirib. Eşitmə məhdudiyyətli şəxs Çətinin bələdçiliyi ilə robotdan tutaraq sahilə çatmağı bacarıb.

 

Xilasedici Çətin 4 ildir Konyaaltı çimərliyində işlədiyini bildirib. O, ötən il sözügedən robotla 10-dan çox insanı xilas edə bildiklərini deyib: "Robot 800 metr məsafəyə malikdir. Boğulma təhlükəsi olan vətəndaşlara saniyələr ərzində çata bilir".

 

Aydan Qasımova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər