00:00:00
Yazar
Admin User
19.08.2025 12:42 127 1 dəq oxuma
İdman

"Antalyaspor Süper Liqa"da “ilk”in axtarışında

"Antalyaspor Süper Liqa"da “ilk”in axtarışında

Trendyol Süper Liqasında ilk iki turu itkisiz başa vuran Hesap.com Antalyaspor, səfərdə qarşılaşacağı Trabzonsporu da məğlub etsə, tarixində ilk dəfə mövsümə “3-də 3” ilə başlamış olacaq.

 

Baş məşqçi Emre Belözoğlunun rəhbərliyi altında evdə Kasımpaşa üzərində 2-1 hesablı qələbə qazanan Aralıq dənizi təmsilçisi, 4 mövsümdən sonra liqaya qələbə ilə start verib. İkinci turda səfərdə Gençlerbirliği ilə qarşılaşan qırmızı-ağlılar bu görüşdən də 1-0 qalib ayrılaraq 9 mövsümdən sonra ən yaxşı ilk iki tur performansına imza atıb. Mövsümün üçüncü turunda, avqustun 24-də Trabzonsporun qonağı olacaq qırmızı-ağlılar Trabzon səfərindən də üç xal qazanacağı təqdirdə, 30 illik Süper Liqa tarixində ən yaxşı mövsüm startını gerçəkləşdirəcək. Antalyaspor əvvəllər qələbə ilə başladığı 2020-21 mövsümündə Gençlerbirliğini evdə 2-0 məğlub etmiş, ardıcıl qalib gəldiyi 2015-16 mövsümündə isə ilk turda səfərdə Başakşehir-i 3-2, ikinci turda isə evdə Gençlerbirliğini 3-1 hesabı ilə üstələmişdi.

 

Mənbə:TRT Haber 

Nigar Həsənzadə 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər