Anthropicin qurucusu: “Süni intellektin insan müdaxiləsi olmadan inkişafını dayandırmalıyıq”
Anthropicin həmtəsisçisi Jack Clark xəbərdarlıq edib ki, süni intellekt insan müdaxiləsi olmadan inkişaf edə biləcək mərhələyə yaxınlaşır və bu prosesi yavaşlatmaq üçün “fren mexanizmi” lazımdır. O, hazırda Sİ sektorunda yalnız sürətlənmə olduğunu, amma tənzimləyici nəzarətin zəif qaldığını deyib və hökumətlərin yeni qaydalar hazırlamasının vacibliyini vurğulayıb.
Clark bildirib ki, Anthropic-in Claude adlı Sİ sistemi artıq kodunun 80%-ni özü yazır və bu göstərici iki ilə 100%-ə çata bilər ki, bu da ciddi nəticələr doğura bilər. O, Sİ-nin böyük faydaları ilə yanaşı iqtisadi və sosial risklər yaratdığını, xüsusilə də iş yerlərinə təsir edə biləcəyini qeyd edib. Clark-a görə, yaradıcı, geniş düşünən və maraqlı insanlara bu yeni dövrdə daha çox üstünlük olacaq.
BBC News
Mələk Hüseynova