Apple Türkiyə qiymətləri yenə artırdı
Aparıcı smartfon istehsalçılarından biri olan “Apple” son üç həftə ərzində “iPhone” smartfonlarında ikinci artımı elan edib.
İnformator.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni artımın sürəti bəzi modellərdə 8 faizə qədərdir. iPhone 14-ün başlanğıc qiyməti 37.999 TL-yə (2735.17 AZN) yüksəldiyi halda, ən bahalı iPhone 68 min TL-yə (4894.63 AZN) yüksəlib.
Smartfonlarında yüzdə 5-ə qədər daha bir artım edən markanın bu qiymət artımı son 3 həftədə ikinci yüksəlişi olub.
Yeni artımlardan sonra iPhone qiymətləri bunlardır:
iPhone 14 başlanğıc qiyməti: 37 999 TL (2735.17 AZN)
iPhone 14 Plus 128 GB: 41.999 TL (3023.08 AZN)
iPhone 14 PRO başlanğıc qiyməti: 48.999 TL (3526.94 AZN)
iPhone 14 Pro 1TB: 63,999 ( 4606.64 AZN)
iPhone 14 Pro Max Başlanğıc qiyməti: 52.999 TL (3814.86 AZN)
iPhone 14 Pro Max 1TB: 67.999TL (4894.56 AZN)
