“Apple” USB-C kabellərini geri alır
“Apple” cihazlarındakı USB-C kabeli ilə bağlı problemləri həll etmək üçün dəyişdirmə proqramına başlayıb.
İnformator.az xəbər verir ki, USB-C kabelləri yeni bir problem ilə qarşı-qarşıyadır. “Apple”dən verilən açıqlamada ötən il firma tərəfindən aprel və iyun ayları arasında paylanan USB-C kabelləri üçün dünyada dəyişdirmə proqramı başladıb.
Kabel 12 düyümlük Retina Macbook ilə birlikdə verilirdi və “Apple Store”da satılırdı. “Apple”in məlumatına görə, bu kabellərin bir dizayn xətası səbəbi ilə anidən işləməyə bilər. Bunun nəticəsində MacBook enerji yığmaz və ya problemli bir kabel enerjini kəsik-kəsik yığar.
Şirkət bu problemi aradan qaldırıb və aylardır düzəldilmiş USB-C kabelləri satır, amma MacBook alıcıları problemli bir kabellə qarşı-qarşıya qalıb.
“Apple” bu ay ərzində MacBook alarkən ünvanını “Apple”a göndərən problemli alıcılar üçün yeni bir kabel göndərib. Digər insanların isə bir “Apple Store”a getmələri və ya “Apple” müştəri xidməti ilə əlaqə yaratmaları vacibdir. Eyni zamanda original kabeli problemli olan və yeni bir kabel almağa məcbur olan insanların pulları da geri qaytarıla bilər.
