00:00:00
Yazar
Admin User
02.04.2024 09:23 470 1 dəq oxuma
Sosial

Aprel döyüşləri - Böyük zəfərin başlanğıcı

Aprel döyüşləri - Böyük zəfərin başlanğıcı

2016 cı ilin bu günü Azərbaycan tarixinin şanlı səhifələrinə “Aprel döyüşləri” nin başladığı gün kimi yazılıb. “Dörd günlük müharibə ” də adlandırılan bu döyüşlər Aprelin 2-dən 5-nə kimi davam edib. Ordumuzun qələbəsi ilə nəticələnən bu savaş zamanı, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər işğaldan azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz səngərləri haqqında uydurmalarının üstündən xətt çəkildi. 

 

Aprel döyüşlərində 320-dən çox düşmən məhv edildi , 500- dən artıq erməni hərbi qulluqçu yaralandı. Qarşı tərəfin 30-dək tankı, 25-dən artıq artilleriya qurğusu və xeyli zirehli texnikası ordumuz tərəfindən sıradan çıxarıldı.

 

Ali Baş Komandanın uğurlu hərbi siyasəti, eyni zamanda, Azərbaycan əsgərinin inamlı mübarizəsi nəticəsində düşmən layiqli cavabın aldı. 

 

Aprel döyüşlərindəki qələbə, 2020-ci ildə 44 günlük “Vətən müharibəsi” zəfərinə yol açdı.

 

Ziya Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər