00:00:00
Yazar
Admin User
09.10.2023 13:52 362 1 dəq oxuma
Sosial

Apteklərdə dərman qıtlığı

Apteklərdə dərman qıtlığı

Son zamanlar Azərbaycanda bəzi dərman vasitələri tapılmır. Sakinlər apteklərdə axtardıqları dərmanları tapmadıqlarından şikayətlənirlər.

Bəs apteklərdə dərman qıtlığına səbəb nədir?

Sözügedən məsələ ilə bağlı İnformator.az-a danışan Maştağa rayon apteklərdən birinin əməkdaşı Davud Vəliyev bildirir ki, bəzi dərman preparatları var ki, onların istifadə müddəti qurtarır və yeni istifadə müddəti ilə bağlı depolarda gecikmə halları baş verir.

“Bəzi dərmanların istifadəsi azmüddətli olduğuna görə, zavodlarda yubanma halları baş verir. Yeni siyahı hazır olanda  preparatların ölkəyə gəlişi başlayır. Dərman qıtlığının əsas səbəblərindən biri də bununla bağlıdır. Ölkəyə dərman gəlişi ərəfəsində apteklərdə və depolarda dərman tapılmır. Dərman qıtlığı ilə əlaqədar digər səbəb isə bəzi dərman preparatlarının Səhiyyə Nazirliyi tərəfindən qadağan olunmasıdır”.

Aptek əməkdaşı eyni zamanda vaxtında istifadə edilməyən dərmanların törətdiyi fəsadlardan da söz açıb.

“Dərman preparatları vaxtı-vaxtında istifadə olunmayanda müalicənin düzgün getməməsi ilə bağlı sağalma prosesi də gecikir. Müalicə düzgün getmir və effektivliyi də dərhal azalır”.

Nəzrin Cəbiyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər