Araşdırma: Z nəsli internetə görə idmanla məşğul olmur
Almaniyada aparılan bir araşdırma, xüsusilə, “Z nəsli” adlandırılan 1995-2010-cu il təvəllüdlü uşaqlar və gənclər arasında idmana marağın getdikcə azaldığını ortaya çıxarıb.
İnformator.az CNNə istinadən xəbər verir ki, 16-84 yaş arası iştirakçılar arasında idmana maraq kontekstində aparılan sorğunun nəticələri internetin mənfi təsirlərinə işarə edir.
Gündə orta hesabla 344 dəqiqə internetdə vaxt keçirən gənclər arasında aktiv idmanla məşğul olma göstəricisi də əvvəlki nəsillərlə müqayisədə azalıb. Gənclər orta hesabla həftədə cəmi 2,7 gün idmanla məşğul olarkən, bura e-idman da daxil olduğu bildirilir.
Sayad
