00:00:00
Yazar
Admin User
08.11.2025 14:51 114 1 dəq oxuma
İdman

"Araz-Naxçıvan" geridönüşlə qalib gəlib

"Araz-Naxçıvan" geridönüşlə qalib gəlib

Misli Premyer Liqasının XI turunda növbəti qarşılaşma keçirilib.

 

"İnformator.az" xəbər verir ki, "Araz-Naxçıvan" Sumqayıtda "Karvan-Yevlax"ı qəbul edib.

 

Görüş Naxçıvan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Yevlax təmsilçisindən16-cı dəqiqədə Araz Abdullayev rəqib qapısına yol tapıb. Naxçıvan komandasının heyətində isə Hamidu Keyta 65-ci dəqiqədə hesabı bərabərləşdirib. Naxçıvan komandasının digər futbolçusu Felipe Santos isə 90+2-ci dəqiqədə penaltidən fərqlənib.

 

Bu nəticədən sonra "Karvan-Yevlax" 5 xalla 11-ci pillədə qərarlaşıb. "Araz-Naxçıvan" isə 19 xalla 5-cidir.

 

Qeyd edək ki, turun ötən gün "Şamaxı" "İmişli"ni (1:0), "Sumqayıt" "Qəbələ"ni (2:0) üstələyib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər