00:00:00
Yazar
Admin User
11.08.2025 11:43 152 1 dəq oxuma
İdman

“Araz-Naxçıvan” ilk oyunda böyükhesablı məğlubiyyət alıb

“Araz-Naxçıvan” ilk oyunda böyükhesablı məğlubiyyət alıb


"Araz-Naxçıvan" konfrans liqasından növbəti oyuna çıxacaq və rəqibi "Omoniya"dır. "Omoniya" kompakt rəqibdir, yəni kompakt futbol oynayır. Çox yaxşı heyəti var və ötən il "Zirə"ni 6-0 hesabı ilə məğlub edib. Onlar evdə "Araz"ı 4-0 udublar, açığı geridönüş olduqca çətin olacaq.

 

Bu sözləri idman jurnalisti, ekspert Ağa Dadaşzadə "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, futbolda hər bir şey mümkündür, ancaq çətin olacaq:

 

"Araz"dan bunu gözləmirdim, fərdi , individual hücumlar oldu, ancaq bu bəs etməyib. Cavab oyununda ən yaxşı halda qalibiyyət olsa, fərqi yoxdur ki, könül istərdi qalibiyyət olsun, 1-0, 2-0, heç-heçə belə Azərbaycannın reytinq xallarına təsir göstərəcək. Ümidimiz budur, ancaq istəyimiz daha çoxdur. Ancaq etiraf etmək lazımdır ki, bu heyətdən mərhələni keçmək çox çətin olacaq, rəqib daha da arxayın olacaq. "Araz"ın arıtq zəif tərəflərini rəqib bilir. Bundan əlavə psixoloji amil də böyük rol oynayır. Oyuna hazırdılar mı, bu cəhətdən vəziyyətləri nə yerdədir? Bunlar sayəsində biləcəyik ki oyun necə gedəcək, davam edəcək. Mən komandamıza bol uğur arzu edirəm".

 

Zəhra Möhübbətova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər