00:00:00
Yazar
Admin User
08.02.2026 15:39 58 1 dəq oxuma
İdman

"Araz-Naxçıvan" üzərində qələbə möhtəşəm idi"

"Araz-Naxçıvan" üzərində qələbə möhtəşəm idi"

"Sabah"ın Misli Premyer Liqasının XIX turunda "Araz-Naxçıvan" üzərində qazandıqları böyükhesablı qələbə (4:1) möhtəşəm idi.

 

"İnformator.az" xəbər verir ki, bunu Bakı klubunun baş məşqçisi Valdas Dambrauskas oyundan sonra mətbuat konfransında deyib.

 

Litvalı mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib:

 

"Futbolçularımı təbrik edirəm, möhtəşəm qələbə idi. Oyunçularım bu gün necə istəkli və qələbəyə ac olduqlarını göstərdilər. Məğlub etdiyimiz "Zirə" və "Araz-Naxçıvan" turnir cədvəlinin yuxarı sıralarında qərarlaşan top-komandalardır, heyətlərində çox təcrübəli oyunçular var".

 

Baş məşqçi azarkeşlərin sayının az olmasından təəssüfləndiyini gizlətməyib:

 

"Azarkeşlərimizi də təbrik edirəm, lakin matçlarımıza daha çox tərəfdarın gəlməsini istəyərdim. Bu gün sayları az idi. Qollar vurulanda azarkeşlərin bunun canlı şahidi olmalarını arzulayırdım. Artıq ilk hissənin 16-cı dəqiqəsinə qədər üç qol vurmuşduq. Daha çox fərqlənə bilərdik. İkinci hissəni də yaxşı səviyyədə keçirdik, dördüncü qolumuz isə möhtəşəm idi. Düzdür, istəyərdik ki, qapımızı toxunulmaz saxlayaq, amma ən vacibi nəticədir".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər