00:00:00
Yazar
Admin User
04.10.2023 16:04 161 4 dəq oxuma
Media

“ARB Günəş” uşaqlara işıq saçır

“ARB Günəş” uşaqlara işıq saçır

Bu günə qədər olan bütün tədqiqatlar televiziyanın uşaqlar üzərində əhəmiyyətli təsirinin olduğunu aşkar edib. Müasir dövrdə Türkiyədə televiziyanın uşaqlara təsiri ilə bağlı araşdırmalara tez-tez rast gəlinməsə də, ilk nümunə 1982-ci ildə Oya Tokgöz tərəfindən aparılıb. Araşdırmalar nəticəsində həm müsbət, həm də mənfi faktorlar üzə çıxarılıb. Araşdırmada uşaqların televiziya verilişlərindən paylaşma və sevmə kimi müsbət davranışlar qazanaraq müsbət təsirləndiyi, əksinə erotik məzmun və zorakı görüntülərdən mənfi təsirləndiyi qənaətinə gəlinib.

 

 

 Mövzu ilə bağlı “İnnovativ Media" jurnalistlərin peşəkarlığının artırılmasına dəstək İctimi Birliyinin sədri Aynur Nəsirova  “İnformator.az”a açıqlmasında bildirib ki,Türkiyədə TRT Çocuk kanalının üzərinə götürdüyü işi Azərbaycanda ARB Günəş xüsusi tematik kanalı həyata keçirir.

 

“Azərbaycanın ilk və yeganə uşaq kanalı olan “ARB Günəş” paytaxtdan kənarda Xaçmaz şəhərində yerləşir. “ARB Günəş”in efirində tərbiyəvi əhəmiyyətə malik olan verilişlər vasitəsilə uşaqlara davranış qaydaları, təbiət və heyvanlar aləmi haqqında biliklər, səlis yazmaq, oxumaq vərdişləri öyrədilir. “ARB Günəş” yayımlandığı gündən bir sıra maarifləndirici, əyləncəli, yarışma səpkili verilişlərlə uşaqların görüşünə gəlib. “ARB Günəş” təkcə əyləncəli və maarifləndirici deyil, eləcə də, sosial xarakterli bir sıra layihələrə də imza atıb və cəbhə bölgəsində yaşayan uşaqları da unutmayıb. “Onlar uşaqlığını yaşaya bilmir” şüarı altında müharibə şəraitində yaşayan uşaqların çəkdiyi çətinlikləri gündəmə gətirib. Bundan başqa, televiziya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə birgə“ Yollarda uşaqların təhlükəsizliyini qoruyaq” adlı aksiyalar təşkil edib. Maarifləndirici aksiya çərçivəsində balaca polislər sürücüləri yol hərəkətiqaydalarına riayət etməyə çağırıblar. “Məktəblilər üçün oxu” və “Qiraətçi” “ARB Günəş” in Təhsil TV ilə birgə layihəsidir. Bu teleproqramlar gənc nəslin mütaliəyə olan marağını artırmaq məqsədi ilə hazırlanıb. “Bizim həyət”,“ Biz gələcəyik”, “Xəbərdar ol”, “Mən məktəbli ikən”, “Qiraətçi”, “Dostlar” verilişləri öz baxımlılığına görə seçilib. Həm reyting cədvəllərində, həm də redaksiyaya gələn elektron məktublarda, eləcə də, sosial şəbəkələrdə tamaşaçıların göstərdiyi aktivlik əsasında bu qənaətə gəlinib. Hazırda yayımda 7 veriliş var. Aparıcı kimi əsasən uşaq personajlarına diqqət yetirilir. “Hava necə olacaq?” verilişinin aparıcı personajı “Toplan“ ölkə ərazisində havanın necə olacağı barədə sadə və əyləncəli tərzdə məlumat verir. “Çərpələng” vasitəsilə isə müxtəlif istedadlara malik uşaqların qonaq qismində iştirakına və öz bacarıqlarını nümayiş etdirməsinə şərait yaradılır. “Mərcangildə” “Mərcan” personajı vasitəsilə ölkənin müxtəlif yerlərindən və ölkə hüdudlarından kənarda yaşayan uşaqların göndərdiyi maraqlı videolar izləyicilərə təqdim edilir. “Canın sağ olsun” (teleticarət) - tibbi mövzuda olan veriliş sağlamlıq üzərində qurulur. “Bizi tanıyın” vasitəsilə isə Azərbaycanda fəaliyyət göstərən müxtəlif özəl bağça və tədris mərkəzlərinin tanıtımı həyata keçirilir. Cəmiyyətin həssas təbəqəsi olan uşaqların təhsili, mədəniyyətə bağlılığı, milli kimliyi kimi məsələlər televiziya vasitəsilə uşaqların şüurunda aşılanır. Uşaqların yetişdirilməsində, onların keyfiyyətli təhsil almasında televiziyanın əhəmiyyəti danılmazdır”.

 

QHT sədri əlavə edib ki, kanalın hədəf auditoriyası məktəbəqədər yaşlı uşaqlardır və cizgi filmlərinin əksəriyyəti xaricdə istehsal olunan məhsullardır:

 

“Kanalın gündəlik yayımlarında müxtəlif cizgi filmləri ilə yanaşı uşaq proqramları da yer alır. Yayımlanan verilişlər zorakılıq və mənfi nümunələr yarada biləcək davranışlar olmadan təqdim olunur. Kanal 24 saat yayımlanır, uşaqlara məlumat verir və onların asudə vaxtlarını keçirməyə kömək edir. Kanalda yayımlanan verilişlər milli adət-ənənələrə söykənir, uşaq psixologiyasına müsbət təsir göstərən verilişlərə üstünlük verilir. Televiziya bu günə qədər iki loqodan istifadə edib. Hər iki ölkənin uşaq kanallarının müqayisəli təhlili onu deməyə əsas verir ki, Azərbaycanda bu tematik kanala diqqət ayrılmır. TRT Çocuk bütün peyk, yerüstü və rəqəmsal platformalarda yayımlanarkən, “ARB Günəş” rəqəmsal platformalar və peyk üzərindən yayımlarını davam etdirir. “ARB Günəş”in ümumölkə yerüstü yayımı yoxdur. “ARB Günəş” televiziyasında fəaliyyət göstərən dublyaj studiyası da xarici dildə olan cizgi və animasiya filmlərini azərbaycan dilinə tərcümə edir. Proses şirkətdə cəlb edilən psixoloq və pedaqoqların nəzarətio altında reallaşdırılır. Cizgi, animasiya və uşaq filmləri televiziyanın efirində 90 faizlik paya malikdir. Yerdə qalan 10 faiz isə uşaqlar üçün hazırlanan maarifləndirici, əyləncəli verilişlərin payına düşür. Hazırda efirdə yayımlanan cizgi filmlərinin 85 faizini xaricdə istehsal olunan cizgi filmləri təşkil edir ki, bunlar televiziyanın nəzdindəki dublyaj studiyasında ana dilində səsləndirilir. Yerli istehsala aid olan uşaq bədii və sənədli, eləcə də, cizgi və animasiya filmləri ümumi proqramın 5 faizini əhatələyir. 2023-cü ilin yanvarından media sahəsində reytinqlərin ölçülməsi, məlumatların toplanması, araşdırılması üzrə dünya lideri olan Kantar şirkətinin rəsmi texnoloji tərəfdaşı "MARSA"nın Azərbaycanda fəaliyyətə başlaması ilə “ARB Günəş”in reytinqinin bütün tematik kanallardan üstün olduğu faktı ortaya çıxıb. Qeyd edək ki, yeni nəsil texnologiyalarından istifadə edən "MARSA" MMC ölkədə istehlakçıların baxış vərdişləri haqqında daha ətraflı məlumat təqdim edir və beynəlxalq standartlara uyğunluq, şəffaflıq təmin olunur. Məhz reytinq cədvəlləri açıqlandıqdan sonra Məhz reytinq cədvəlləri açıqlandıqdan sonra "ARB Günəş" televiziyasının reklamvericilərinin sayında artım müşahidə olunur”.

 

Vüqar Alışov

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər