00:00:00
Yazar
Hüseynova Mələk
27.07.2026 19:01 26 1 dəq oxuma
Media

“ARB Günəş” dən milli-mənəvi dəyərlərimizə yeni töhfə – "Laylay"

“ARB Günəş” dən milli-mənəvi dəyərlərimizə yeni töhfə – "Laylay"


Ölkənin ilk ixtisaslaşmış uşaq kanalı “ARB Günəş”milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirdiyi layihələr sırasına daha bir ekran işini əlavə edib.Sözləri Süleyman Rüstəmə, musiqisi Şəfiqə Axundovaya məxsus olan "Laylay" adlı musiqi layihəsinin ifaçıları Azərbaycanın Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalardır.


Layihənin məqsədi Azərbaycan layla mədəniyyətini müasir ekran dili ilə təqdim etmək, milli-mədəni irsimizi yaşatmaq və gələcək nəsillərə çatdırmaqdır. Ekran işi Azərbaycan ailəsinin sevgisini, ana nəvazişini, nənə duasını və milli-mənəvi dəyərlərimizi tamaşaçılara aşılayır.

 

Çəkilişlər Şəki şəhərində aparılıb. Klipdə şəhərin tarixi küçələri, memarlıq inciləri, xalçaçılıq və kəlağayı sənəti, eləcə də füsunkar təbiəti mahnının emosional ovqatı ilə ahəng təşkil edir. Ekran işində klassik süjet xəttindən daha çox duyğular ön plandadır. Hər kadr keçmişin nəfəsini, laylanın şəfqətini və milli kimliyimizi yaşadır.


Layihənin quruluşçu rejissoru Vüsal Məmmədov, ssenari müəllifi Çimnaz Şixverdiyeva, quruluşçu operatoru Azər Sultanov, prodüseri Ramin Mustafayev, baş prodüseri Məhsim Məhsimovdur.

Layihənin milli dəyərələrimizin təbliği məqsədilə gələcəkdə xarici ölkələrdə nümayişi də nəzərdətutulur.

#ARB #Günəş #Laylay
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər