Arbeloa: “Real Madrid-də olmaq mənim üçün qürurdur”
Real Madrid-in yeni baş məşqçisi Alvaro Arbeloa, Albacete ilə keçiriləcək İspaniya Kuboku oyunu öncəsi ilk mətbuat konfransını keçirib. “Bu klubda 20 ildirəm, məsuliyyətin fərqindəyəm və çox həyəcanlıyam,” - deyə o bildirib.
“Real Madrid qazanmaq üçün var. Bizim güclü komandamız var və bu klubun tələblərinə cavab verməyə hazırıq. Azarkeşlərə qürur yaşatmaq və kubok kolleksiyasını zənginləşdirmək üçün çalışacağam,” - deyə Arbeloa əlavə edib.
Real Madrid
Mələk Nəsirli
