00:00:00
Yazar
Admin User
04.09.2023 18:36 429 2 dəq oxuma
Sosial

Ard-arda baş verən zəlzələlər

Ard-arda baş verən zəlzələlər

Azərbaycanda müxtəlif saat aralığı ilə iki ardıcıl zəlzələ baş verib. Zəlzələ ocağı Kürdəmirdə yerləşsə də, yerli təkanlar digər ətraf rayonlarda da hiss olunub. Evlərdə çatlar yaranıb.



Episentri Kürdəmirdə yerləşən iki zəlzələ baş verib. Maqnitudası 5,2 bal gücündə olan ilk zəlzələ ötən gün saat 20:35-də qeydə alınıb. İkinci yerli təkanlar isə bu gecə saat 01:19 radələrində baş verib. 3 bal gücündə olan bu zəlzələnin hiss edilmədiyi bildirilib. Gecə saatlarında baş verən təbiət hadisələri insanlarda təşvişə səbəb olub. Zəlzələdən sonra ciddi fəsadlar olmasa da, bir çox evlərdə çatlara rast gəlinib. Rayonda 100-dən çox fərdi yaşayış evinə ziyan dəyib. Seysmoloqlar çatları zəlzələnin şiddəti ilə deyil, evlərin normativ qaydalara uyğun tikilməməsi, həmçinin həmin yaşayış yerlərinin çoxdan inşa edilməsi ilə əlaqələndirir.
 
Seysmoloji Xidmət Mərkəzinin baş redaktoru Qurban Yetirmişli bildirib ki, elə bir bölgə yoxdur ki, dağıdıcı zəlzələ baş versin: “Dünənki zəlzələdə əslində heç bir çat əmələ gəlməməlidir. Heç bir fəsadlar olmamalıdır. Yəni, beş bala yaxın zəlzələ elə bir şey deyil. Nə üçün? Çünki birincisi 52 km dərinlikdə baş verib. İkincisi isə 5 bala yaxındır”.



Mütəxəssislər növbəti zəlzələ ehtimallarını da istisna etmir. Onlar proqnozlaşdırılan zəlzələlərin dağıdıcı olmasa da, hiss ediləcəyini bildirir. Azərbaycanın seysmoloji baxımdan aktiv zonada yerləşməsi mütəmadi olaraq yeraltı təkanların hərəkəti ilə nəticələnir. Ölkədə qeydə alınan zəlzələlər də məhz tektonik plitə və blokların hərəkəti nəticəsində ortaya çıxır.



Seysmoloq Qulam Babayev deyib ki, Azərbaycan aktiv seysmik dövrü yaşayır: “Bu, aktivləşmə dövrü kimi qeydə alınır və biz bunun şahidi oluruq. Növbəti hiss olunan zəlzələlərin baş verməsi istisna deyil. Çünki ümumiyyətlə, bu tektonik blok hərəkətdədir. Təbii ki, dünən baş verən zəlzələ, əvvəlki çıxışlarımda da qeyd etmişdim, əgər bizim Azərbaycanda mövcud olan seysmotik regionlarla müqayisə aparsaq, o bir balaca az zəlzələ ilə müşahidə olunan seysmotik zonadır. Amma gördüyünüz kimi orda da hiss olunan zəlzələlər baş Verdi”.


Eyni zamanda, bu gün Türkiyənin İzmir şəhərində də 4,4 bal gücündə zəlzələ baş verib. Mütəxəssislərin fikrincə, qonşu ölkələrdə baş verən zəlzələlər Azərbaycan üçün real təhlükə yaratmır. Lakin regionun seysmogen xarekterli olması Azərbaycan təkanlarında da xırda qırılmalara səbəb olur. 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər