00:00:00
Yazar
Admin User
30.09.2025 18:32 114 1 dəq oxuma
İdman

Arda Güler La Liqanın ən yaxşısı seçilib

Arda Güler La Liqanın ən yaxşısı seçilib

La Liqanın açıqlamasında bildirilib: "Arda Güler, La Liqa vasitəsilə sentyabr ayının ən yaxşı 23 yaşadək futbolçusu seçilib. Türk futbolçu, Xabi Alonso-nun rəhbərliyi altında "Real Madrid" heyətində əsas oyunçulardan birinə çevrilib və bu ay nümayiş etdirdiyi möhtəşəm çıxışı ilə bunu sübut edib. Onun bu performansı Madrid təmsilçisinin sentyabr ayında keçirdiyi 4 oyunun 3-də qələbə qazanmasına kömək edib".

 

Açıqlamada həmçinin qeyd olunub:   "Arda Güler aya "Real Sociedad" üzərində 2:1 hesablı qələbə qazandıqları oyunda vurduğu möhtəşəm qolla başlayıb və komandasının bu çətin qarşılaşmadan 3 xal çıxarmasına kömək edib. Bu qələbədən sonra "Espanyol"u 2:0, "Levante" isə 4:1 hesabı ilə məğlub ediblər. Türk futbolçu bu oyunlarda da ön plana çıxaraq bir də qol ötürməsi verib. "Real Madrid" ayı "Atletico Madrid" ilə derbidə 5:2 hesablı məğlubiyyətlə başa vurub, lakin Arda bu oyunda da əla qol vurub". 20 yaşlı millimizin üzvü ötən mövsüm də dekabr ayında ən yaxşı 23 yaşadək oyunçu seçilib.mBildirilib ki, Arda Güler bu mükafatı Fermin Lopes ("Barcelona"), Xavi Guerra ("Valencia"), Karlos Alvares ("Levante") və Martim Neto ("Elche") kimi oyunçuları geridə qoyaraq qazanıb.

 

 

TRTspor

Mələk Nəsirli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər