Arda Güler yoluna İspaniyada davam edəcək
Uzun müddətdir diqqət mərkəzində olan Arda Güler Barselona və Real Madrid yarışında Madrid təmsilçisini seçib.
İnformator.az xarici KİV-ə istinadən xəbər verir ki, Real Madrid Arda üçün Fenerbahçeye buraxılış haqqı olan 17,5 milyon avrodan çox transfer haqqı və növbəti satışdan 20 faiz pay verəcək.
Arda Gülerin Barcelonanı yox, Real Madridi seçməsində komandanın son illərdəki strategiyası, gənc və istedadlı futbolçuları tapıb təkmilləşdirməsi böyük rol oynayıb.
