Argentinada güclü zəlzələ baş verib
Argentinanın şimalındakı Santyaqo del Estero əyalətində 5,7 bal gücündə zəlzələ olub.
"İnformator.az" xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Anyatuya şəhərindən 38 kilometr şimal-qərbdə, ocağı isə 606 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntı barədə məlumat yoxdur.
