00:00:00
Yazar
Admin User
30.01.2016 09:30 927 1 dəq oxuma
Media

Arif Alışanov tanınmış jurnalistə vəzifə verdi

AzTV-də yeni təyinat olub.
Arif Alışanov tanınmış jurnalistə vəzifə verdi

AzTV-də yeni təyinat olub. 

İnformator.az AzNews.az-a istinadən  xəbər verir ki, tanınmış jurnalist Vəli Əkbər Azərbaycan Televiziya və Radio Verilişləri QSC-yə işə qayıdıb. Arif Alışanovun əmriylə ona yenidən AzTV-nin İnformasiya studiyasının direktor müavini vəzifəsi həvalə olunub.

Qeyd edək ki, Vəli Əkbər 5 il Lider TV-nin ictimai-siyasi proqramlar departamentinin rəisi işləyib. Bu televiziyadan ayrılandan sonra, AzTV-nin İnformasiya studiyasının direktor müavini vəzifəsinə təyinat alıb. Bir müddət sonra isə rəhbərliklə aralarında yaranmış fikir ayrılığı səbəbindən vəzifəsindən azad olunub. Ondan sonra \"Türkel\" və \"Region TV\"-nin Xəbər Departamentinin rəhbəri vəzifəsində çalışıb. Bir müddət əvvəl onun \"Xəzər\" televiziyasına rəhbər gələcəyi barədə məlumat yayılmışdı. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər