00:00:00
Yazar
Admin User
21.11.2023 18:32 507 3 dəq oxuma
Sosial

Arıqlama çayları orqanizm üçün nə qədər faydalıdır?

Arıqlama çayları orqanizm üçün nə qədər faydalıdır?

"Ümumiyyətlə arıqlama çayları və ya həbləri biznes maraqları çərçivəsində hazırlanmış məhsullardır. Və bu zaman da istehlakçıları, insanları aldatmaq üçün ən çox istifadə etdikləri bitki mənşəli olması ilə bağlıdır".

 

Bu sözləri informator.az-a açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova söyləyib. Ekspert deyir ki, bir məhsulun bitki mənşəli olması o demək deyil ki, o məhsul zərərsizdir və ya faydalıdır.

 

"Çünki hər bir bitkinin müalicəvi xüsusiyyəti olması ilə yanaşı yan təsirləri də var. Əgər bitki mənşəli bir çay insanlarda arıqlamağa səbəb olursa, bu onun orqanizminin normal təbii prosesinin müdaxilə yolu ilə pozulması deməkdir. Çünki bəzən olur ki, insanlarda maddələr mübadiləsini sürətləndirir və süni şəkildə ishal, qusma hallarını yaradır ki, bu da orqanizmdən vitamin və mineralların yuyulub getməsi və eyni zamanda da bağırsaq mikroflorasının pozulması ilə nəticələnir”.

 

Məhsəti Hüseynova qeyd edir ki, bu çaylar insan orqanizmində immun çatışmazlığı yaradır ki, bu da avtoimmun xəstəliklərinin yaranmasına birmənalı şəkildə səbəb olur.

 

"Və təbii ki, bunlar əgər kor-koranə, təyinatsız şəkildə qəbul olunursa, bu zaman orqanizmdə daha ciddi fəsadlara yol açır və ciddi anareksiyanın yaranmasına və eyni zamanda vitamin-mineral çatışmazlığından saçların tökülməsi, dırnaqların qırılması, dəridə səpkilərin yaranması mədədə hər hansı bir problemlərin olması , orqanizmin daxili orqanlarının funksiyasının pozulması ilə nəticələnir”.

 

Ekspert eyni zamanda deyir ki, bu kimi məhsullardan mütləq şəkildə istifadə etməkdən uzaq durmaq lazımdır.

 

"Xüsusilə də gənc xanımlarımız bunlardan hətta ana olmadan öncə istifadə edirsə, bu zaman orqanizmin zədələnməsinə və gələcəkdə doğulacaq uşaqların xəstə olmasına səbəb olur. Digər bir məqam isə insanlarda, xüsusilə də immun çatışmazlığına səbəb olan insanlar və artıq qan azlığı, vitamin və mineralların çatışmazlığından səbəblənən orqanların funksiyalarını düzgün yerinə yetirməməsi artıq xərçəngə, diabetə, bəzən də mədəaltı vəzinin tamamilə sıradan çıxmasına səbəb olur”.

 

Müsahib əlavə edir ki, süni şəkildə müdaxilələr orqanizmə zərərlidir və bu məhsulların harda istehsal olunduğu, mənşəyi bəlli deyil.

 

"Bu məhsullar istehsalçı şirkət haqqında güvənilir, əmin olduğunuz bir məlumatların olmaması ilə qaynaqlanır ki, xoşagəlməz hallar olduqda bəzən insanlar hara və kimə müraciət edəcəyini bilmir. Və ya artıq zəhərləndikdən, fəsadlarla qarşılaşdıqdan sonra gec olur. Bu bitki çayları adı altında bir çox məhsullar satılır ki, artıq illərdir bunlar da onun göstəricisidir”.

 

Ekspert həmçinin qeyd edir ki, bu vasitələrin reklamı zamanı müğənnilərdən, bloggerlərdən, tanınmış simalardan istifadə edirlər.

 

"Bəzən olur ki, süni şəkildə əməliyyatla arıqlayan bir insan və ya estetik müdaxilə olunmuş bir tanınmış simalardan istifadə edərək insanları aldatmağa çalışırlar”.

 

M.Hüseynova bildirir ki, ümumiyyətlə yaxşı olar ki, əgər bədən çəkimizi normalda saxlamaq istəyiriksə, mütləq şəkildə sağlam qidalanmamıza, gündəlik həyat tərzimizə, yuxu rejimimizə və fiziki aktivliyimizə diqqət etməliyik.

 

"Çünki yalnız və yalnız bu yolla sağlam çəkini saxlamaq olar. Qalan digər vasitələr demək olar ki, insan orqanizminin təbii prosesinə süni müdaxilə olduğu üçün mütləq şəkildə fəsadları olacaq. Və bəzən insanlar tənbəllikdən və ya rahata qaçdığından bu reklamlara aldanır. Onu da nəzərə almaq lazımdır ki, əgər bir insan bu çəkini yaxud bəzən deyirlər ki, bir ayda 10-12 kiloqram arıqlamaq olar, bu da bir başa əzələ itkisinə və dəri sallanmasına səbəb olur ki, bunlar da sonradan qarşısı alınmaz problemlərə gətirib çıxarır”.

 

Ekspert sonda əlavə edir ki, bitki tərkibli olan hər məhsula da faydalı, orqanik kimi yanaşmaq lazım deyil.

 

"Həqiqətən də bitkinin olub-olmaması ilə bağlı da artıq orda keyfiyyət, nəzarət sertifikatları və eyni zamanda da satışa icazə verilən məhsullar olmalıdır”.

 

Aynur Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər