Arıqlamaq istəyən məşhur dünyasını dəyişdi
"My 600lb Life" şousu ilə tanınan kiçik Larri Myers 49 yaşında infarktdan vəfat edib.
İnformator.az xarici KİV-ə istinadən xəbər verir ki, o verilişə çıxan zaman çəkisi 426 kiloqram olub. Larri əvvəllər arıqlamaq üçün əməliyyat keçirtdiyi üçün digər dostları arasında fərqlənirdi. O, həddindən artıq yemək vərdişləri ilə mübarizə apara bilmədiyi üçün kökəlməyə davam edib.
Larri əvvəllər özü də etiraf edib ki, yeməyə qarşı münasibəti normal deyil. O, çıxışlarında dəfələrlə yeməyin onu xoşbəxt etdiyini bildirib.
Şəbnəm
