00:00:00
Yazar
Aysel Mirzəyeva
24.02.2026 14:52 11 1 dəq oxuma
İdman

"Arsenal"ın 120 milyon avroluq təklifi rədd edilib

"Arsenal"ın 120 milyon avroluq təklifi rədd edilib

İspaniyanın "Arsenal" klubu İspaniya "Atletiko Madrid"inin futbolçusu Xulian Alvaresi heyətinə qatmaq üçün rekord məbləğdən keçməyə hazırdır. 


"İnformator.az" AS nəşrinə istinadən xəbər verir ki, "topçular" argentinalı hücumçu üçün 120 milyon avroluq təklif göndərsə də, Madrid təmsilçisi bundan imtina edib.

 

Mikel Artetanın komandası hücum xəttini gücləndirmək üçün Alvaresi bir nömrəli hədəf seçib və "transfer pəncərəsi" açılmamış razılıq əldə etməyə çalışır. Lakin 26 yaşlı forvard uğrunda mübarizədə "Arsenal" tək deyil. Belə ki, İspaniyanın "Barselona" ilə Fransanın PSJ klubları da onunla maraqlanırlar.

 

Qeyd edək ki, Xulian Alvaresin "Atletiko Madrid"lə müqavilə müddəti 2030-cu ilə qədərdir. O, cari mövsüm ərzində meydana çıxdığı 36 oyunda 13 qol vurub və 6 məhsuldar ötürmə edib.

#milyon #gündəm #avroluq #rədd
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər