00:00:00
Yazar
Admin User
10.11.2025 17:21 110 1 dəq oxuma
İdman

"Arsenal"ın qadın futbolçusu Reid ağır zədələnib

"Arsenal"ın qadın futbolçusu Reid ağır zədələnib

"Arsenal" klubunun qadın komandasının müdafiəçisi Katie Reid məşq zamanı ön çarpaz bağlarının qopması (ACL) zədəsi alıb və mövsümün qalan hissəsini buraxacaq. Bu barədə klub bazar ertəsi rəsmi məlumat yayıb.

 

19 yaşlı futbolçu bu mövsüm Premyer Liqada ön çarpaz bağ zədəsi alan yeddinci oyunçu olub. Bu siyahıda həmçinin "Arsenal"ın digər futbolçuları - hal-hazırda "Brighton & Hove Albion"da icarədə olan Michelle Agyemang və qapıçı Manuela Zinsberger də yer alır. Reid bu mövsüm karyerasının yüksəliş dövrünü yaşayıb və oktyabr ayında ilk dəfə İngiltərənin əsas yığmasına çağırılıb, lakin kiçik zədə səbəbilə Sarina Viegmanın heyətindən çıxmalı olub. Hazırda "Arsenal" qadın komandası 8 oyundan sonra 15 xalla WSL-də 4-cü pillədədir və lider "Manchester City"dən 6 xal geri qalır.

 

Reuters 

Mələk Nəsirli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər