“Arsenal” UEFA Çempionlar Liqasında 20 il əvvəlki uğurunu təkrarlayıb
İngiltərə klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçirdiyi 5 matçdan 15 xalla turnir cədvəlinə liderlik edir. "Arsenal" bu mövsüm Liqa mərhələsində keçirdiyi beş matçın hər birində qələbə qazanan yeganə komandadır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında idman eksperti Kənan Məstəliyev bildirib ki, Arsenalın Çempionlar Liqasında belə möhtəşəm başlamasının səbəbi Mikel Artetanın sisteminin artıq oturuşmasıdır:
"Uzun müddətdir bu sistemin tətbiqindən irəli gələn robotlaşmadır, yəni bu məcazi mənada söylənilə bilər, amma Artetanın yetirmələri meydanda sanki robot kimi hərəkət edirlər. Onlar məşqçinin verdiyi tapşırıqları yüksək səviyyədə yerinə yetirirlər, yüksək intensivli pressinqlə yadda qalırlar. Eyni zamanda, istər müdafiədə, istər hücumda, aktivdirlər. Komandanın müdafiədən hücuma keçidi, hücumdan geri müdafiəyə gəlib kömək etməyi, yəni bütün bunlar elə avtomatlaşdırılıb ki, sanki meydanda insanlar yox, robotlar oynayırlar. Çox güclü bir komanda qurulub və bu komandanın bu il ən azı ölkəsində Premyer Liqanın qalibi olmaq ehtimalı çox böyükdür. Hazırda yazda çempion olmağa ən real namizəd, ən dolğun namizəd məhz "Arsenal"dır. Bu oyun öz effektini Premyer Liqada yox, Çempionlar Liqasında da, verir. Çempionlar Liqasında da, eyni gücdə oynayan komanda çox böyük rəqibləri üstələyib və xüsusilə də, son turda Bavariya üzərindəki çox möhtəşəm qələbəsi oldu. Hazırda dünyanın formasına görə iki ən güclü komandası "Arsenal" və "Bavariya" idi. "Bavariya"nın xüsusilə də, ikinci hissədə göstərilən oyunda o vəziyyətə salan komandadan hər kəs qorxmalıdır. Çempionlar Liqasının bir nömrəli favariti hazırda "Arsenal"dır. Düzdür, bu Çempionlar Liqasında hər şey ola bilər, amma bu gün üçün ən real namizəd odur. Mikel Arteta komandanı robotlaşdırıb. Eyni zamanda, xüsusi fərqləndirəcəyimiz məqam standart vəziyyətlərdən maksimum istifadə etməkdir. Yəni dünyada hazırda bu vəziyyətlərdən ideal istifadə edən ən güclü komanda "Arsenal"dır, qarşısıalınmaz komandadır. Bir sözlə, bu oyun "Arsenal"a çox böyük uğur gətirə bilər. İngiltərə futbolu baxımından xüsusi bir fərq edəcəyini düşünmürəm. Buna qədər də, İngiltərə Premer Liqasının təmsilçiləri Avropa Çempion Liqasının qalibi olublar. Bu, həm sadəcə İngiltərə Liqasının gücünü növbəti dəfə təsdiq edəcək “.
Reyhan Quliyeva
