"Arsenal" yaxın zamanda iki oyunçusu ilə yollarını ayırmaq istəyir
İngiltərənin məşhur klubu "Arsenal" qışda iki futbolçusu ilə yollarını ayıracağını bildirib. Həmin futbolçuların Gabriel Jesus və Leandro Trossard olduğu güman edilir.
Mövzu ilə bağlı idman mütəxəssisi Ağa Dadaşzadə "İnformator.az"a açıqlamasında bildirib ki, hər iki oyunçunun getməsinin komanda üçün mənfi bir təsiri olmayacaq:
"Onların daha yeni və dəyərli qiymətə futbolçu almaq potensialı var, bu belə də olacaq. Eyni zamanda,bildiyiniz kimi, "Arsenal"ın hər zaman akademiyası olub və həmin akademiyada elə gənclər var ki, müəyyən mövqelərdə meydana çıxıb öz sözlərini deyə bilərlər. Komanda ilə yolları ayrılması gözlənilən oyunçuların gedişinin heç bir mənfi təsiri olmayacaq. Ötən mövsümdə də öz sözlərini deyən futbolçulardır, biz onlara pis deyə bilmərik. Lakin "Arsenal" hədəfləri yüksək olan bir komandadır. Keçən il Çempionlar Liqası kubokunu hədəflənən "Arsenal" "PSG"ə qarşı məğlub edilib və bu mövsümdə də Avropada çempionat uğrunda mübarizə aparacaq bir nömrəli klublardandır. Bu səbəbdən oyunçu dəyişikliyi etmək istəkləri normaldır. Komandaya 4 oyunçunun transferi gözlənilir".
Mələk Nəsirli
