Artan epidemiya qorxuları fonunda Ebola virusuna qarşı üç peyvənd hazırlanır
Nadir rast gəlinən Ebola növünə qarşı üç yeni peyvənd hazırlanır. Bu virus artıq təxminən 250 nəfərin ölümünə səbəb olub.
Peyvəndlərdən biri üzərində çalışan International AIDS Vaccine Initiative (IAVI) bildirib ki, bu epidemiya indiyədək qeydə alınan ən ağır Ebola epidemiyası olmaq təhlükəsi yaradır. Oxford universiteti və Moderna də Ebola virusunun Bundibugyo Ebola adlanan növünə qarşı peyvəndlərin hazırlanması üzərində araşdırmalar aparırlar.
BBC News
Cavahir Əsgərbəyli