00:00:00
Yazar
Admin User
05.07.2023 10:44 231 3 dəq oxuma
Sosial

Artan şantaj və təhqirlər: 1000 manatdan 5000 manatadək cəriməsi var

Artan şantaj və təhqirlər: 1000 manatdan 5000 manatadək cəriməsi var

Sosial şəbəkə dələduzları azmış kimi bu dəfə də şantajçılar gündəmə gəlib. Bəli, son zamanlar insanları şəxsi foto, videolarla hədələyən, bir sıra təhqirlərə məruz qoyan virtual cinayətkarlar ortaya çıxıb. Görünən odur ki, belələri işin hüquqi tərəfindən xəbərsizdilər. İnformator.az sözügedən bu hüquqi tərəfləri araşdırıb.

 

Son zamanlar sosial şəbəkələrdə şantaj və təhqir hallarına tez-tez rast gəlinir. Qurbanlar isə yalnız tanınmış simalar deyil. Kimi adi tənqidi belə təhqirə çevirir, kimi də qarşı tərəfi özəl foto, videolarla hədələyir. Qısası, sosial şəbəkələrdən maariflənmək deyil, qisas aləti kimi istifadə edənlərin sayı yarı-yarıyadır desək, yanılmarıq. 

 

Paytaxt sakinlərini arasında keçirilən qısa sorğuda iştirak şəxs “Sosial şəbəkələrdə şantaj ya da təhqir halları ilə qarşılaşmısınız?” sualına belə cavabayıb: “Təhqirlə çox qarşılaşmışam. Bir paylaşımın altına bir nəfər rəy yazmışdı. Etik deyildi, mən də yazdım ki, bəs belə olmaz, fikrini düzgün ifadə edə bilərsən. Başladı məni təhqir eləməyə. Şantaj halı isə mənim yox, tanışımın başına gəlib. Sosial şəbəkədə bir oğlanla tanış olub. Onlar bir dəfə görüşdükdən sonra xanımdan pul istədi, qaytaracağını dedi, amma qaytarmadı. Sonra başladı hədələməyə, şantaj eləməyə”.

 

Əlbəttə, bu cür hallarla qarşılaşanlar heç də az deyil. Sosial şəbəkədən istifadə özü ayrıca bir mədəniyyət tələb etsə də, görünən odur həmin insanların bu mədəniyyətdən xəbəri yoxdur. Sanki bir ordu halına gəliblər və insanları öz torlarına salmaq istəyirlər. Cinayət məcəlləsində isə bu kimi hallara qarşı kifayət qədər tədbirlər nəzərdə tutulub.

 

Vəkil Anar Ramazanov məsələnin hüquqi tərəflərini açıqlayıb: CM-nin şəxsi və ailə həyatinin sirri olan məlumatlarin, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarinin, səs yazılarının yayilması, habelə satılması və ya başqasına verilməsi, qanunsuz toplanılması 1000 manatdan 2000 manatadək miqdarda cərimə ilə cəzalandırılır. Amma hədə-qorxu ilə olduğu halda 5000 manatadək cərimə tətbiq olunur”.

Ekspert deyir ki, eyni zamanda təhqir də kütləvi nümayiş etdirildiyi halda cinayət xarakteri daşıyır. Belə olan halda təhqir 1000 manatdan 5000 manatadək cərimə, 6 ayadək azadlıqdan məhrum etmə ilə nəticələnə bilir. İşin hüquqi tərəfini öyrəndik, qaldı psixoloji tərəfi. Maraqlıdır, insanları şantaj və təhqirə vadar edən nədir?

 

Psixoloq Aidə Nəbiyeva belə hesab edir hesab edir: “Bu, insanlarda bir növ qısqanclıq xarakteri daşıyır. Özünün əldə edə bilmədiyi hər hansı bir şeyi başqasında gördükdə dərhal əks reaksiya yaranır. Bundan əlavə, boşa keçirilən vaxtın da burada rolu var. İnsanlar məşğul olmağa bir iş tapmadıqları zaman başqalarının həyatına yönəlirlər. Yazılan təhqirlər isə ayrıca manipulyasiya xarakteri daşıyır. Bir nəfər kimi isə alçaltdıqda onunla eyni düşüncədən olan şəxs də gəlib təhqir etməyə başlayır”.

 

Ümumiyyətlə, bizim bir insan olaraq bu cür məsələlərdə əsas mövqeyimiz virtual dünyanın bu cinayətkarları ilə mübarizə etmək, onları müvafiq qurumlara bildirməkdir. Çalışaq, belə şəxslərin qurbanına çevrilməyək, özümüz isə şantajdan, təhqirdən uzaq olaq. Nə başqasının dünyasını, nə də öz dünyamızı zindana çevirək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər