Arteta “Midas toxunuşuna” sahib adamdırmı?
Mikel Arteta mövsüm öncəsi “Qızıl orada olacaq, sadəcə qazmağa davam etməliyik” demişdi. Bu mövsüm “Arsenal” 2004-cü ildən bəri ilk Premyer Liqa çempionluğunu qazanmağa çalışır və 10 turdan sonra 6 xallıq fərqlə liderdir.
Bu, turnir tarixində ən böyük fərqlərdən biridir və oxşar üstünlüyü 2019/20 mövsümündə “Liverpul” da göstərmişdi. “Arsenal” yüksək liqada 109-cu mövsümünü keçirir və bu, onun ən yaxşı beşinci startıdır. Lakin əvvəlki dörd belə mövsümdən yalnız birində çempion ola bilib.
BBC News
Nazim Xeyrxəbərli
