Arteta Xabi Alonsonun “Real”dan gedişinə münasibət bildirib
“Arsenal”ın baş məşqçisi Mikel Arteta Xabi Alonsonun Madrid “Real”ındakı vəzifəsindən ayrılmasına münasibət bildirib. İspaniyalı mütəxəssis bu qərarın detalları barədə məlumatının olmadığını deyib.
Arteta qeyd edib ki, Alonsonun qərarı şəxsi təşəbbüsü ilə verilib-verilmədiyini və ya klub tərəfindən alındığını bilmədiyi üçün mövzuya konkret fikir bildirmək çətindir. Bununla belə, o, Xabi Alonsonu yüksək dəyərləndirərək, onun əla insan və güclü məşqçi olduğunu vurğulayıb.
Qol.az
Aişə Mustafayeva
