00:00:00
Yazar
Admin User
13.09.2023 17:41 311 1 dəq oxuma
Sosial

ARTIRMA EYVANLAR TƏHLÜKƏ YARADIR

ARTIRMA EYVANLAR TƏHLÜKƏ YARADIR

   Bakıda yerləşən bir sıra yaşayış binalarında sakinlər eyvanları böyüdərək, əlavələr edirlər. Nəticədə ortaya qəribə mənzərə çıxır.

   Bu hallara daha çox ötən əsrdə istifadəyə verilən binalarda rast gəlinsə də, yeni tikililərdə də sonradan edilən əlavələr az deyil. Bu isə gələcəkdə yarana biləcək fövqəladə hallara zəmin hazırlayır. Belə ki, binalar tikilməzdən əvvəl istifadə ediləcək konstruksiyanın üzərinə düşəcək yük hesablanır. Memar Elçin Əliyev deyir ki, sonradan artırılan eyvanlar bina üçün əlavə ağırlıq sayılır. Arıtmaların tikintisi zamanı binanın əsas divarı zədələnir bu isə ərazidə yaşayan insanların həyatını təhlükə altında qoyur. “Sonradan eyvan əlavə edən vətəndaşlar özlərinin və ailələrinin həyatını riskə atırlar. Gələcəkdə baş verə biləcək ağır fəsadların nəticəsini elə ilk olaraq həmin binanın sakinləri hiss edəcək”.

  Memar Elçin Əliyev uçqun təhlükəsi ilə yanaşı belə tikililərin şəhərin ümumi görünüşünə də xələr gətirdiyini vurğulayır. Memar belə hallarla qarşılaşan şəxsləri aidiyyatı qurumlara müraciət etməyə çağırır.

QASIM

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər