Arxeoloqlar meşədə qədim Maya şəhərinin qalıqlarını tapıblar
Meksikadaki arxeoloqlar qrupu Yukatan yarımadasındakı meşəlik ərazidə qədim Maya sivilizasiyasının qalıqlarını aşkar ediblər.
İnformator.az xarici KİV-ə istinadən bildirir ki, Arxeoloq İvan Spraycın rəhbərlik etdiyi tədqiqat qrupu Yucatan yarımadasının Kampeçe əyalətindəki Balamku qoruq ərazisində qədim Maya şəhər xarabalıqlarını aşkar edib. Aşkar edilmiş qədim şəhərin hər yerinə səpələnmiş çoxlu sayda silindrik daş sütunlara görə şəhər maya dilində daş sütun mənasını verən “Ocamtun” adlandırılıb.
Qeyd edək ki, 50 hektardan çox ərazini əhatə edən qədim şəhərdə hündürlüyü 15 metrdən çox olan piramidaya bənzər tikililər var.
