00:00:00
Yazar
Admin User
06.11.2023 14:16 372 1 dəq oxuma
Sosial

Aşağı səviyyəli verilişlərin reyqinti, ciddi verilişlərimizlə müqayisədə qat-qat yüksəkdir

Aşağı səviyyəli verilişlərin reyqinti, ciddi verilişlərimizlə müqayisədə qat-qat yüksəkdir

“İlk növbədə hər kəsi “Azərbaycan Televiziyası və Radiosu Günü” münasibətilə təbrik edirəm. Bütövlükdə olduğu kimi, radio və televiziya sahəmizdə də müəyyən problemlər daim özünü göstərib, göstərməkdədir”.

 

Bu sözləri İnformator.az-a açıqlamasında Əməkdar jurnalist Elçin Şıxlı söyləyib. Elçin Şıxlı deyir ki, Azərbaycandakı televiziyalar kontent cəhətdən onu qane etməsə də, texniki avadanlıq, bir sıra işçilərin fəaliyyətləri təqdirəlayiqdir.

 

“İnkişaf gedir, amma təəssüf ki, bizim jurnalistikamızda xəbərlərin kontenti fərqli istiqamətdədir. Xəbərlər var, amma reytinq qazanan verilişlər isə aşağı səviyyəli olan verilişlərdir. Aşağı səviyyə dedikdə isə verilişin özü yox, onun kontenti nəzərə alınır”.

 

Elçin Şıxlı düşünür ki, bizim cəmiyyət ailə-məişət, kiminsə kimləsə davası və s. məsələlərə daha çox diqqət yetirir.

 

“Ciddi verilişlərə də baxanlar var, amma digərlərinə nisbətən bunların reyqinti qat-qat aşağıdır. Arzu edirəm ki, televiziya və cəmiyyətimiz daha ciddi, sosial yönümlü məsələlərə nəzər salsın”.

 

Əməkdar jurnalistin sözlərinə görə, ölkəmizdə sosial problemlərə daha çox üstünlük verilməlidir.

 

“İqtisadiyyat, cəmiyyət, ətraf mühitlə əlaqədar daha ciddi verilişlərə ərsəyə gətirilməlidir”.

 

E.Şıxlı gənc jurnalistlərə məsləhət görür ki, onlar daim öz üzərlərində işləsinlər.

 

“Gənc nəsil, bu sahəyə yenicə qədəm qoyan jurnalistlərimiz isə dünyagörüşlərini genişləndirməli, üzərlərində işləməlidirlər. Jurnalist peşəsini sevirsə, bu işlə məşğul olmalıdır, bu peşə onun yorursa, başqa istiqamətlərdə özünü tapmalıdır”.

 

Həcər Əmiraslanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər