ASELSAN ilə SSB arasında 845 milyon dollarlıq yeni müqavilə
ASELSAN ilə Savunma Sanayii Başkanlığı (SSB) arasında ictimai təhlükəsizlik rabitəsi, həmçinin peyk və kosmik sistemlərin tədarükünə dair ümumi dəyəri 845 milyon ABŞ dolları olan müqavilələr imzalanıb.
ASELSAN tərəfindən Kamuyu Aydınlatma Platforması (KAP) vasitəsilə edilən açıqlamada yeni iş müqavilələri barədə məlumat verilib.
Açıqlamada bildirilib:
“ASELSAN ilə SSB arasında ictimai təhlükəsizlik rabitəsi, eləcə də peyk və kosmik sistemlərin tədarükünə yönəlmiş ümumi məbləği 845 milyon ABŞ dolları olan müqavilələr imzalanıb. Müqavilələr çərçivəsində çatdırılmalar 2026-cı ildən etibarən həyata keçiriləcəkdir".
Bu müqavilələr ASELSAN-ın müdafiə, rabitə və kosmik texnologiyalar sahəsində fəaliyyətinin daha da genişlənməsinə xidmət edir.
Səadət Əlizadə
CNN