00:00:00
Yazar
Admin User
01.09.2025 13:44 103 1 dəq oxuma
İdman

ASF Bakı Su İdmanı Sarayında akvaaerobika üzrə məşqlər təşkil edir

ASF Bakı Su İdmanı Sarayında akvaaerobika üzrə məşqlər təşkil edir

"Akvaaerobikanın digər idman növlərindən əsas fərqi ondadır ki, burada orqanizmin demək olar ki, bütün hissələri çalışır, bütün əzələlər işləyir. Məşqlərin sağlamlıq bağımından üstünlükləri çoxdur. Buraya bütün əzələlərin gücləndirilməsindən tutmuş ürək-damar sisteminin normallaşması, nəfəs sisteminin tənzimlənməsi, oynaqların məşqi, gücləndirilməsi, təyqizin normallaşdırılması və s. aiddir".

 


Bu sözləri Azərbaycan Üzgüçülük Federasiyası tərəfindən cəlb olunmuş Ukraynalı mütəxəssis Yuliya Tuşentsova "İnfotmator.az"a açıqlamasında deyib. O qeyd edib ki, iştirak üçün xüsusi yaş məhdudiyyəti yoxdur:

 


"Buraya həm həvəskar, həm də peşəkar idmançılar qoşula bilərlər. Həvəskar şəxslərin "üzməyi bacarmaq" deyə bir şərtləri yoxdur. Məşqlər çox dayaz yerdə dərinliyi az olan hovuzlarda keçirildiyinə görə heç bir təhlükəsi yoxdur. Peşəkar idmançılar üçün isə üstünlüyü bundadır ki, akvaaerobikanı onlar özəl məşq proqramlarına sala bilirlər. İdmançılar ağır məşqlərdən sonrakı bərpa üçün özəl proqrammına bu idman növünü salır və hər hansısa bir zədə aldıqda, bunu reabilitasiya formasında istifadə edirlər".

 


Zəhra Möhübbətova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər