00:00:00
Yazar
Admin User
01.09.2023 15:29 429 2 dəq oxuma
Sosial

ASFALTDAN POZULAN "YAVAŞ MƏKTƏB" YAZISI YENİLƏNƏCƏK?

ASFALTDAN POZULAN "YAVAŞ MƏKTƏB" YAZISI YENİLƏNƏCƏK?

    Ötən il Bakı Nəqliyyat Agentliyi yeni tədris ilinin başlanığıcında şəhər mərkəzində fəaliyyət göstərən məktəblərin önündən keçən avtomobil yollarında təhlükəsizliyi təmin etmək məqsədi ilə “YAVAŞ MƏKTƏBLİ” layihəsini tətbiq etdi və hər kəs də bunu müsbət qarşıladı. Bəs, görəsən bir il öncə asfalta həkk edilən həmin yazı silinmədən qala bilibmi?

   İlk dəfə olaraq ötən il “Yavaş Məktəb” layihəsi əsas nəqliyyat axını daha çox olan küçə və prospektlərdə yerləşən təhsil ocaqlarının ətrafında tətbiq edildi. Təqribən 15-20 metr məsafə ilə bir neçə yerdə asfalta həkk edilən yazı sürücüləri daha diqqətli olmağa, şagirdlərin isə təhlükəsiz hərəkətinə hesablanmışdı. Amma bu il mənzərə fərqlidir, demək olar ki, bütün məktəblərin önündə, nəinki, “Yavaş Məktəb” yazısı, heç eyni səviyyəli piyada keçidi də gözə dəymir.

  Nəzərə alsaq ki, 15 günə yeni tədris ili başlayır, deməli məktəblilərin təhlükəsizliyinə hesablanan bu layihənin yenilənməsi üçün qalan vaxt o qədər də çox deyil.    Ekspertlər də layihənin uğurlu olduğunu və bu il də tətbiqini zəruri hesab edirlər. “Yavaş Məktəb”-in müəllifi Bakı Nəqliyyat Agentliyi artıq Yürüstü Nəqliyyat Agentliyinə həvalə edildiyindən sözügedən layihənin yenidən tətbiq edilib, edilməyəcəyi sual yaradır. Qurumdan əldə etdiyimiz məlumata görə, yeni tədris ilinə qədər bütün məktəblərin ətrafında təhlükəsizlik məsələləri yenidən gözdən keçiriləcək. Başqa sözlə desək, "Yavaş Məktəbli" yazısından tutmuş pozulan nişanlar və eyni səviyyəli piyada keçidləri tamamilə yenilənəcək.

GÜNDÜZ

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər