00:00:00
Yazar
Nigar Həsənzadə
13.07.2026 23:45 50 1 dəq oxuma
Gündəm

Asim Munirə Türkiyənin ən yüksək hərbi mükafatı verilib

Asim Munirə Türkiyənin ən yüksək hərbi mükafatı verilib

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Səlcuq Bayraqdaroğlu Ankarada Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Muniri qəbul edib.

 

"İnformator.az" xəbər verir ki, tərəflər hərbi əməkdaşlıqla bağlı ikitərəfli danışıqlar aparıblar.

 

Görüşdən sonra Bayraqdaroğlu Munirə ölkənin ən yüksək hərbi mükafatlarından biri olan "Üstün Xidmət" medalını təqdim edib.

 

Türkiyə Baş Qərargahının məlumatına görə, mükafat Türkiyə və Pakistan silahlı qüvvələri arasında dostluq münasibətlərinin inkişafına, eləcə də müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfəyə görə verilib.

#mükafatı #yeni #xəbər #türkiyənin #yüksək
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər