00:00:00
Yazar
Admin User
27.01.2015 07:13 484 1 dəq oxuma
Sosial

Astara rayonunda tikilən bulvar aprel ayında sakinlərin istifadəsinə veriləcək

Artıq bu yay cənub bölgəsinin sakinləri Astara rayonunda tikilən bulvarda dincələ biləcəklər.
Astara rayonunda tikilən bulvar aprel ayında sakinlərin istifadəsinə veriləcək

Artıq bu yay cənub bölgəsinin sakinləri Astara rayonunda tikilən bulvarda dincələ biləcəklər.

 Hazırda dəniz sahilində salınan yeni bulvarın tikintisi sürətlə davam etdirilir. Ümumi ərazisi 8 hektar olan dənizkənarı bulvarın yürüş hissəsi tam hazırdır, obyektlərin və yaşıllığın salınmasına başlanılıb. Bulvarın ümumi uzunluğu 1 km, ərazidən asılı olaraq eni 100-120 metrdir. 650 metr məsafədə mühafizə bəndi, gəzinti yeri, İstirahət meydanı dəmir beton konstruksiyalardan qurulub. Bulvara 7000 kv metr travertin materialı düzülüb, sahil boyu paslanmayan borudan 600 metr məhəccər qurulub. 600 kvadratmetrlik fəvvarənin və iki şəlalənin tikintisi demək olar ki başa çatıb.

Layihəyə uyğun olaraq tikinti işlərinin bu ilin aprelində yekunlaşdırılması nəzərdə tutulub. 


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər