Aston Villa Leon Qoretskanı transfer edib
Aston Villa Leon Qoretskanı transfer edib
İngiltərə Premyer Liqası təmsilçisi “Aston Villa” Almaniya millisinin futbolçusu Leon Qoretskanı heyətinə qatıb.
Çempionlar Liqasında “Qalatasaray” və “Fənərbağça” ilə eyni qrupda yer alan “Aston Villa” müqaviləsi başa çatdığı üçün azad agent statusunda olan Qoretska ilə müqavilə imzalayıb.
Qoretska karyerası ərzində “Bochum”, “Schalke 04” və son olaraq “Bayern Münhen”də çıxış edib.
“Bayern Münhen”də 7 dəfə Bundesliqa çempionluğu yaşayan 31 yaşlı yarımmüdafiəçi Almaniya klubunun heyətində keçirdiyi 312 oyunda 51 qol vurub.
Mənbə: HABER GLOBAL