00:00:00
Yazar
Səmayə Səftərova
05.06.2026 21:05 26 2 dəq oxuma
Siyasət

Atəşkəs Livanı da əhatə etməlidir- AÇIQLAMA

Atəşkəs Livanı da əhatə etməlidir- AÇIQLAMA

ABŞ və İran arasında əldə olunan atəşkəs razılaşması bütün regional cəbhələri, o cümlədən Livanı əhatə edir. SEPAH İsraili Livana qarşı hücumlarını dərhal dayandırmağa, onun ərazilərindən çıxmağa və ərazi bütövlüyünü tanımağa çağırıb.

 

Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Yaxın Şərqdə uzunmüddətli sabitliyin təmin olunması üçün Livanda atəşkəsə riayət olunmasının vacibliyi vurğulanır:

 

"ABŞ və İran arasında əldə olunan atəşkəs razılaşması Livan cəbhəsində vəziyyəti dəyişməyib. ABŞ-nin iştirakı ilə İsrail və Livan arasında atəşkəs barədə razılıq əldə olunsa da, razılaşmadan dərhal sonra İsrail atəşkəsi pozub. İsrailin müdafiə naziri də bəyan edib ki, əldə olunan razılaşmaya baxmayaraq, Hizbullaha qarşı əməliyyatlar davam etdiriləcək".

 

Ekspert bildirib ki, bundan əvvəl əldə olunan razılaşmalarda regiondakı proksi qarşıdurmalarda da atəşin dayandırılması nəzərdə tutulub və bu, Livanda da atəşkəsin təmin edilməsini əhatə edib:

 

"Lakin İsrail ABŞ–İran atəşkəsinin Livan istiqamətinə aid olmadığını bildirərək əməliyyatlarını davam etdirib. Donald Tramp əvvəlcə bu mövqeni dəstəkləsə də, sonradan Livanda atəşkəsin də vacib olduğunu vurğulayıb. Buna baxmayaraq, İsrailin Livandakı hərbi əməliyyatları hələ də davam edir. SEPAH-ın son bəyanatında qeyd olunur ki, İsrail Livanda atəşkəs rejiminə əməl etməyəcəyi təqdirdə bölgədə hərbi gərginlik yenidən arta və qarşıdurma daha geniş miqyas ala bilər. Bu səbəbdən Yaxın Şərqdə uzunmüddətli sabitliyin təmin olunması üçün Livanda atəşkəsə riayət olunmasının vacibliyi vurğulanır. Hazırda əsas sual ABŞ-nin İsraili Livandakı atəşkəsə əməl etməyə nə dərəcədə məcbur edə biləcəyidir. Bölgədə atəşkəsin gələcək taleyi də böyük ölçüdə bu məsələdən asılı olacaq".

 

Səmayə Səftərova

#Livan #İsrail #atəşkəs
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər