"ATA-BABA YURDUMUN AZAD OLUNDUĞUNU EŞİDƏNƏ KİMİ YAŞAMIRDIM, SANKİ ÖLÜ KİMİYDİM"
31 il öncə Xocalıdan didərgin düşmüş Xocalı sakinləri həmin anlarda nə yaşadıqlarını dilə gətiriblər.
İnformator.az ARB-yə istinadən xəbər verir ki, sakin Nəsib Əzimov deyir ki, "Bizi martın 8-ə kimi Əsgəranda saxladılar, nə ağır işgəncələr verdilər. 17-18 nəfər idik. Bizi ayağımızdan asıb, döyürdülər. 2-3 nəfər sağ qala bildik.
Ata-baba yurdumun azad olunduğunu eşidənə kimi yaşamırdım, sanki ölü kimiydim".
Digər sakin Şamil Kazımov 32-33 yaşında Əsgəranı tərk etmək məcburiyyətində qalıb. "İndi 65-dən 66-ya keçirəm. Həmin anlar hələ də gözümün önündədi".
