00:00:00
Yazar
Admin User
24.10.2024 10:38 470 1 dəq oxuma
Media

Audiovizual Şuranın mütəxəsissləri jurnalist tələbələr ilə görüşüb

Audiovizual Şuranın mütəxəsissləri jurnalist tələbələr ilə görüşüb

Azərbaycan Respublikası Audiovizual Şurası, Medianın İnkişafı Agentliyi və Bakı Dövlət Universiteti (BDU) arasında imzalanan Anlaşma Memorandumuna uyğun olaraq, 24 oktyabr  2024-cü il tarixində Şura BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün növbəti seminar təşkil etdi.

Tədbiri giriş sözü ilə açan BDU-nun Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova audiovizual media və onun tənzimləməsi məsələlərinin tələbələrin maraqla qarşıladığını, belə görüşlərin davam etdirilməsinin vacibliyini vurğuladı.

 

Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev jurnalistikada yeni trendlər, ənənəvi və yeni media, vətəndaş jurnalistikası haqqında çıxış etdi.

 

Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı “Azərbaycanda audiovizual media və onun tənzimlənməsi” mövzusunda geniş təqdimat etdi.

Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.

 

 

Vüqar Alışov 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər