00:00:00
Yazar
Ayan Sədi
12.03.2026 17:00 101 2 dəq oxuma
Media

Audiovizual Şuranın tələbələrə jurnalistin hüquqi statusu ilə bağlı təlimi

Audiovizual Şuranın tələbələrə jurnalistin hüquqi statusu ilə bağlı təlimi

Bakı Dövlət Universiteti, Medianın İnkişafı Agentliyi və Audiovizual Şura arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq Jurnalistika fakültəsində növbəti seminar keçirilib.

 

"İnformator.az" xəbər verir ki, seminarın açılışında çıxış edən Jurnalistika fakültəsi Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova Audiovizual Şura ilə Bakı Dövlət Universiteti arasında hər il uğurla davam etdirilən əməkdaşlığın bu il də tələbələr üçün töhfə verəcəyinə əminliyini ifadə edib. Bu cür təlimlərin tələbələr üçün yüksək səmərəliliyini və müsbət nəticələrini xüsusi vurğulayıb.

 

Daha sonra Audiovizual Şurada sədrin müşaviri Haşim Əliməmmədzadə qurumun fəaliyyət istiqamətləri, audiovizual media subyektləri ilə iş barədə tələbələrə ətraflı məlumat verib. Tədbirin növbəti hissəsində Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı “Azərbaycan media məkanında media subyektinin və jurnalistin hüquqi statusu” mövzusunda geniş təqdimatla çıxış edib. O, tələbələrə tətbiq edilən qanunvericilik normaları, tənzimləmə mexanizmləri, hüquqi aspektlər, habelə qurumun qanunvericiliklə müəyyən edilmiş səlahiyyət və öhdəlikləri haqqında ətraflı məlumat çatdırıb.

İnteraktiv şəkildə davam edən seminar tələbələri maraqlandıran çoxsaylı sualların cavablandırılması ilə davam edib. Tələbələrin Şuranın audiovizual mediada xarici kəlmələrlə əlaqədar apardığı monitorinqlə bağlı sualı da cavabsız qalmayıb. Bildirilib ki, monitorinqin məqsədi dilimizdə işlənən xarici kəlmələrin aşkarlanmasına nail olmaqdır. Qeyd olunub ki, monitorinq prosesi əvvəlcə süni intellekt vasitəsilə yoxlanılır, daha sonra əməkdaşlar yenidən qüsurları nəzərdən keçirirlər.

 

Seminar real nümunələrin izahı və geniş müzakirəsi ilə yekunlaşıb.

Nigar Həsənzadə

#yeni #bağlı #xəbər #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər