00:00:00
Yazar
Admin User
11.10.2023 10:55 332 2 dəq oxuma
Sosial

Autistik uşaqları xəstə adlandırmaq olmaz, çünki onlar qeyri-adi istedada malikdir

Autistik uşaqları xəstə adlandırmaq olmaz, çünki onlar qeyri-adi istedada malikdir

"Əvvəllər bu tip uşaqlar haqqında məlumat az idi və biz onları belə adlandırırdıq - onlar sanki bir balonun içindədir, bütün dünyanı görür, anlayır sadəcə müdaxilə edə bilmir”.

Bu sözləri İnformator.az-a açıqlamasında psixoloq Əfsanə Rüstəmova söyləyib. Onun sözlərinə görə, bu tip uşaqları biz tamamən beyin ləngiməsi olan uşaq adlandırmamalıyıq.

“Elmi-statistik məlumatlar deyir ki, əslində bu tip uşaqların əksər faizi, bunu faizlə ifadə etmək lazımdırsa, təxminən 44 faizi zəka üstünlüyünə sahib uşaqlardır. Yalnız 30 faizdən aşağısı beyin ləngiməsi olanlardır. Yəni, bu o deməkdir ki, bu uşaqların anlaq səviyyəsi yerindədir, sadəcə bu anlaq davranışa çevrilə bilmir. Bunu belə izah edim, bir informasiya bizə gələndə, biz onu beynimizdə bir şəkildə təhlil edib, öz süzgəcimizdən keçirib, bizə olan reaksiyasını öz nitqimizlə və hərəkətlərimizlə qarşılayırıq .Autik uşaqlarda birinci mərhələ var, onlar informasiyanı ala bilir, bəlkə , təhlil də edə bilir, amma cavab reaksiyası olaraq davranış və nitq ilə buna qarşılıq verə bilmir.

Psixoloq deyir ki, bu tip uşaqları sosial həyata qazandırmaq üçün sosial mühitlərdə olmaları məsləhət görülür.

"Autizmli uşaqlarla çalışan pedaqoq və psixoloqlar bu uşaqların həyat şəraitini yaxşılaşdıran, gigiyenik baxımların, vərdişlərin, günlük tələbatların ödənməsi, lazımi bacarıqlara yiyələnməsi üçün yaxşı məşğələlər keçə bilərlər. Əvvəllər bu uşaqlar sadəcə ana baxımına və ya uşaq baxıcısına möhtac həyat tərzi keçirirdilərsə, indi autizmli uşaqlar rəsm çəkmə bacarığına, boyama bacarığına, hətta əl vərdişləri olanda onlar yazı da yazma bacarığına yiyələnə bilirlər. Yəni, bu tip uşaqlarda fərqli yöndə özlərini sübut etmək, özlərini göstərmək üçün şans yaratmaq mümkündür. Sadəcə bu digər tip uşaqlara nisbətən daha çox səbr tələb edir. 0-3 yaş aralığında Autizm diaqnozunun qoyulmasına icazə yoxdur. Təssüf ki, hazırda Azərbaycanda 6 aylıq , 1 yaşlı uşaqlara belə bu diaqnozun qoyulduğunun şahidi oluruq. Amma bu iş etikası gərəyi əslində uyğun bir davranış deyil. Bu tip uşaqların həyat tərzinin yaxşılaşdırılması üçün cəmiyyətin anlayışlı olması kifayətdir. Çünki bu tip uşaqları himayə edən valideynlər "barmaqla göstərilməyə" o qədər öyrəşiblər ki, onlar artıq uşaqlarını çölə çıxarmaq yada onlarla birlikdə sosial bir tədbirlərə qatılmaqdan qaçırlar, utanırlar. Nəzərə alsaq ki, autik uşaq xüsusi qayğıya, baxıma möhtac uşaqdır bu özlüyündə kifayət qədər yorucu prosesdir. Bir də bizim cəmiyyət olaraq bu valideynlərdən soruşmağımız, səbəbini araşdırmağımız, nədən belə olması barədə informasiya istəməyimiz onların həyatını daha da çətinləşdirir".

Psixoloq sonda qeyd edib ki, Autizm hələ ki irsi, gen daşıyıcısı xəstəliyi kimi dəyərləndirilir, amma bunun dəqiqliyi elmə tam məlum deyil. 

Aydan İsayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər