Avropa çempionatı: Azərbaycan millisi ikinci matçda da məğlub olub
Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb.
"İnformator.az" ın məlumatına görə, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv E qrupunda Monteneqronu qəbul edib.
Bakı İdman Sarayında keçirilən görüş Monteneqronun qələbəsi ilə yekunlaşıb - 104:62. Qeyd edək ki, yığma seçmə mərhələdəki ilk matçda Bolqarıstan millisinə 48:141 hesabı ilə məğlub olub.
